Prezident İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalın vitse-prezidentini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalın vitse-prezidentini qəbul edib - YENİLƏNİB Görüşdə Mərkəzçi Demokrat İnternasionalı ilə YAP arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib
Xarici siyasət
28 Sentyabr , 2017 13:10
Prezident İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalın vitse-prezidentini qəbul edib - YENİLƏNİB
President.az

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidenti Mario Davidi və qurumun Avrasiya, Asiya-Sakit okean ölkələri üzrə baş koordinatoru Sezar Rossellonu qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Mərkəzçi Demokrat İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, Azərbaycanda son vaxtlar həyata keçirilən islahatlar, atılan addımlar, ölkəmizdə tolerantlıq və multikulturalizm sahəsində aparılan işlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 11:41

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Mərkəzçi Demokrat İnternasionalın vitse-prezidenti Mario Davidi qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi