Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti
"Report" xəbər verir ki, dövlət başçısı Raymonds Veyonisi Latviyanın Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Prezident Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu deyib, iki ölkənin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.