​Prezident İlham Əliyev koreyalı həmkarına başsağlığı verib

​Prezident İlham Əliyev koreyalı həmkarına başsağlığı verib “Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi”
Xarici siyasət
24 Noyabr , 2015 16:45
​Prezident İlham Əliyev koreyalı həmkarına başsağlığı verib

Bakı. 24 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə başsağlığı verib. “Report”un xəbərinə görə, dövlət başçısının başsağlığı məktubunda deyilir:

“Hörmətli xanım Prezident,

Koreya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Son xəbərlər

Orphus sistemi