Prezident İlham Əliyev İndoneziya parlamenti Nümayəndələr Palatasının üzvlərini qəbul edib

Prezident İlham Əliyev İndoneziya parlamenti Nümayəndələr Palatasının üzvlərini qəbul edib Dövlət başçısı Azərbaycanın İndoneziya ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib
Xarici siyasət
19 Fevral , 2016 15:04
Prezident İlham Əliyev İndoneziya parlamenti Nümayəndələr Palatasının üzvlərini qəbul edib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bugün İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report”un xəbərinə görə, dövlət başçısı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirib, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə əlaqələri siyasi, iqtisadi, sərmayə qoyuluşu, mədəniyyət, turizm, təhsil, o cümlədən parlamentlərarası əməkdaşlıq və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Ölkələrimiz arasında əməkdaşlığın daha güclü formatının yaradılmasının zəruriliyini qeyd edən dövlət başçısı İndoneziya parlamenti Nümayəndələr Palatası üzvlərinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacağına ümidvar olduğunu deyib.

İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah təmsil etdiyi qurumun Azərbaycan parlamenti ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. Artıq Bakıda Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupunun yaradıldığını vurğulayan qonaq belə bir qurumun Cakartada da yaradılacağını deyib. Fahri Hamzah parlamentlərarası dostluq qruplarının fəaliyyətinin ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi