Prezident İlham Əliyev Hondurasın yeni dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Hondurasın yeni dövlət başçısını təbrik edib "Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik"
Xarici siyasət
26 Yanvar , 2018 18:00
Prezident İlham Əliyev Hondurasın yeni dövlət başçısını təbrik edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Honduras Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi