Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib - YENİLƏNİB Mersi Tembon Dünya Bankının Azərbaycanı dəstəkləməyə hazır olduğunu qeyd edib
Xarici siyasət
18 Oktyabr , 2016 14:37
Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib - YENİLƏNİB

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Navid Həsəni qəbul edib.

"Report" xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycan ilə Dünya Bankının yaxın tərəfdaşlıq əlaqələrinə malik olduqlarını deyib.

O, Azərbaycanla uğurlu əməkdaşlığa görə dövlət başçısına minnətdarlığını ifadə edib.

M.Tembon dünyada neftin qiymətinin aşağı düşdüyü bir vaxtda ölkələrin iqtisadi çətinliklə üzləşdiklərini, buna baxmayaraq iqtisadi artımın mühüm olduğunu və bu baxımdan digər əlavə mənbələrin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. M.Tembon Dünya Bankının Azərbaycanı dəstəkləməyə hazır olduğunu qeyd edib, müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində imkanları araşdırmağın zəruriliyini söyləyib. 

Dövlət başçısı qeyri-neft sektorunun inkişaf etdirilməsinin çox mühüm əhəmiyyət daşıdığını bildirərək Azərbaycanda bu istiqamətdə böyük işlərin aparıldığını deyib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu günədək magistral yolların çəkilməsi, su təchizatı və kanalizasiya xidmətləri, məcburi köçkünlərin yaşayış standartlarının yaxşılaşdırılması, ədliyyə sistemi və digər sahələrdə 50-dən artıq layihə üzərində iş aparıldığı və bu layihələrdən 40-nın uğurla reallaşdırıldığı qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi