Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib Azərbaycan Prezidenti yaralananlara şəfa diləyib
Xarici siyasət
15 Fevral , 2018 13:56
Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

"Report" xəbər verir ki, dövlət başçısı Florida ştatının Parklend şəhərində məktəbdə törədilən silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Azərbaycan Prezidenti bu dəhşətli hadisə ilə əlaqədar ABŞ Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Son xəbərlər

Orphus sistemi