Prezident İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib - ƏLAVƏ OLUNUB Dövlət başçısı Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini deyib
Xarici siyasət
28 Sentyabr , 2016 11:22
Prezident İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib - ƏLAVƏ OLUNUB

*** 10:00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini deyən dövlət başçısı iki ölkə arasında əməkdaşlığın dostluq münasibətlərinə əsaslandığını bildirib.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın Azərbaycana səfərinin ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın 5-ci Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirakının önəmini vurğulayıb. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini deyən dövlət başçısı bu yaxınlarda Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə mühüm bir tədbirin keçirildiyini qeyd edərək Bolqarıstan hökuməti, baş naziri və digər rəsmi şəxslər tərəfindən göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu tədbirin iki ölkə arasında mövcud olan sıx əlaqələrin göstəricisi olduğunu və yaxın tərəfdaşlığı davam etdirmək niyyətini nümayiş etdirdiyini bildirib.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən 5-ci Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edərək səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirib. Qonaq indiki dövrdə beynəlxalq aləmdə mövcud olan gərginlik fonunda Azərbaycanda belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanın artıq bir neçə ildir ki, təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası forum, Humanitar forum kimi beynəlxalq tədbirlərin böyük önəm daşıdığını deyən Bolqarıstanın vitse-prezidenti bu tədbirlərin getdikcə daha çox siyasi əhəmiyyət qazandığını vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi