Prezident İlham Əliyev: "Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik"

Prezident İlham Əliyev: "Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik" "Bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik"
Xarici siyasət
3 Dekabr , 2015 22:47
Prezident İlham Əliyev: Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik

Bakı. 3 dekabr. REPORT.AZ/ "Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Parlament seçkilərindən sonra ilk səfərinizdir. Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. Şadam ki, Siz ilk səfəri qardaş ölkəyə edirsiniz. Bu da təbiidir. Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik. Bu, bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir". "Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü zamanı deyib. Prezident vurğulayıb ki, Azərbaycanla Türkiyənin əlaqələri ən yüksək zirvədədir: "Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir, bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Əminəm ki, hökumətin yeni üzvləri bu günlər ərzində öz həmkarları ilə görüşəcəklər, məsələləri müzakirə edəcəklər, əlaqələrimizin inkişafı üçün yeni yollar axtaracaqlar və tapacaqlar. Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Biz bütün sahələrdə gözəl inkişafı görürük. Əminəm ki, Sizin səfəriniz də bu istiqamətdə çox önəmli addım olacaqdır. Bir daha xoş gəlmisiniz".

Son xəbərlər

Orphus sistemi