Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib

Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib.
Xarici siyasət
25 Aprel , 2018 12:02
Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib
Azertag

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib.

"Report" xəbər verir ki, dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi