Prezident İlham Əliyev iki ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev iki ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb
Xarici siyasət
5 Noyabr , 2016 15:27
Prezident İlham Əliyev iki ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genti Qazhelinin etimadnaməsini qəbul edib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev noyabrın 5-də Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Petros Tseqqai Asghedomun etimadnaməsini də qəbul edib.

Son xəbərlər

Orphus sistemi