Pakistan Dağlıq Qarabağda qondarma “seçkilər”i pisləyib

Pakistan Dağlıq Qarabağda qondarma “seçkilər”i pisləyib Pakistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımır.
Xarici siyasət
10 Aprel , 2020 13:59
Pakistan Dağlıq Qarabağda qondarma “seçkilər”i pisləyib

Pakistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımır.

“Report” “Dispatch News Desk” (DND) nəşrinə istinadən xəbər verir ki, bu barədə brifinqdə açıqlama verən Xarici İşlər Nazirliyinin sözçüsü Aişə Faruki həmin “seçkilər”i beynəlxalq hüququn aşkar şəkildə pozulması kimi dəyərləndirib.

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinə açıq-aydın zidd olan bu “seçki” Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün aparılan danışıqları Ermənistan tərəfindən pozmaq cəhdidir. Pakistan bu məsələdə prinsipial mövqeyini, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir”, – XİN rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi