Özbəkistan prezidenti Azərbaycana səfərə gələcək

Özbəkistan prezidenti Azərbaycana səfərə gələcək Səfir: "Biz Özbəkistan prezidentinə Azərbaycana səfər etmək təklifi ilə məktub təqdim etdik və təklif minnətdarlıq hissi ilə qəbul olundu"
Xarici siyasət
4 Oktyabr , 2017 09:25
Özbəkistan prezidenti Azərbaycana səfərə gələcək
Sputnik / Алексей Дружинин

Daşkənd. 4 oktyabr. REPORT.AZ/ Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfər edəcəyi gözlənilir.

Bu barədə "Report"un Daşkəndə ezam olunmuş müxbirinə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev məlumat verib.

"Bilirsiniz, keçən il faciəli hadisə baş verdi. Özbəkistanın ilk prezidenti İslam Kərimov vəfat etdi. Biz onun səfərinə hazırlaşırdıq. Ancaq bu hadisə planlarımızı pozdu. Sonradan biz Özbəkistanın yeni prezidentinə Azərbaycana səfər etmək təklifi ilə məktub təqdim etdik və təklif minnətdarlıq hissi ilə qəbul olundu. Səfərin bu il baş tutacağı açıqlandı", - H.Quliyev vurğulayıb.

Ölkələr arasında ikitərəfli əlaqələri şərh edən səfir münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib.

Report - Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev

Son xəbərlər

Orphus sistemi