Omanın sultanı Prezident İlham Əliyevə məktub göndərib

Omanın sultanı Prezident İlham Əliyevə məktub göndərib Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
2 İyun , 2020 15:54
Omanın sultanı Prezident İlham Əliyevə məktub göndərib

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir"

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayırıq".

Son xəbərlər

Orphus sistemi