Niderlandın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Niderlandın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycandakı səfiri cənab Onno Kerversi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici siyasət
14 İyul , 2020 16:18
Niderlandın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. 

Bu barədə "Report"a XİN-dən məlumat verilib. 

Səfir Onno Kervers diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərinin hazırkı vəziyyəti, iqtisadi, ticarət, habelə siyasi əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində məmnunluqla danışıblar.

Tərəflər eyni zamanda hazırda dünyanın üzləşdiyi pandemiya ilə mübarizə məsələləri və bu xüsusda dövlətlər tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov səfir Onno Kerversi ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi