Nazir müavini: "Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur"

Nazir müavini: "Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur" Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Minskdə keçirilən konfransda iştirak edir
Xarici siyasət
26 Oktyabr , 2016 15:31
Nazir müavini: Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan bu gün Minskdə keçirilən "UNECE (BMT Avropa İqtisadi Komissiyası - red) regionunda 2030-cu ilə qədər iqtisadi inteqrasiya və davamlı inkişafın əsasının qoyulması" konfransında iştirak edir.

"Report" BELTA-ya istinadən xəbər verir ki, konfransda Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.

Tədbir çərçivəsində nazir müavini müasir dəyişən şəraitdə ümumi fəaliyyət strategiyasının birgə hazırlanmasının zəruriliyini vurğulayıb: "Bu məsələlər Azərbaycan üçün də vacibdir. Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur, bütün aktual məsələlər barədə fikrini söyləyir".

Son xəbərlər

Orphus sistemi