NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib Səfər zamanı Azərbaycan və NATO arasındakı əməkdaşlıq məsələləri müzakirə olunacaq
Xarici siyasət
16 Fevral , 2016 09:26
NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

Bakı. 16 fevral. REPORT.AZ/ NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana gəlib.

"Report" xəbər verir ki, C.Appaturay bu gün Azərbaycan rəsmiləri ilə o cümlədən, Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində görüşlər keçirəcək.

Səfər zamanı Azərbaycan və NATO arasındakı əməkdaşlıq məsələləri, onun cari durumu və perspektivləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi