Mövlud Çavuşoğlu: "Rusiya ilə münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə müsbət təsir edəcək"

Mövlud Çavuşoğlu: "Rusiya ilə münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə müsbət təsir edəcək" İyulun 18-də Ankarada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun iclası keçiriləcək
Xarici siyasət
15 İyul , 2016 14:04
Mövlud Çavuşoğlu: Rusiya ilə münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə müsbət təsir edəcək

Bakı. 15 iyul. REPORT.AZ/ Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan ordusunun baş leytenantının şəhid olması ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, M.Çavuşoğlu Ermənistanı bu cür hərəkətlərə son qoymağa çağırıb.

"Rusiya ilə münasibətlərin normallaşması, şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə müsbət təsir edəcək", - deyə Türkiyə XİN başçısı bildirib. O, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olduğunu da xatırladıb.

Nazirin sözlərinə görə, iyulun 18-də Ankarada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun iclası keçiriləcək.

Xatırladaq ki, iyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub. 

Son xəbərlər

Orphus sistemi