Mövlud Çavuşoğlu: "Qondarma "erməni soyqırımı"nı qəbul edənlər Xocalı faciəsinə susur"

Mövlud Çavuşoğlu: "Qondarma "erməni soyqırımı"nı qəbul edənlər Xocalı faciəsinə susur" Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qondarma erməni soyqırımını qəbul edənlərin Xocalı faciəsinə səssiz qalmasını qınayıb.
Xarici siyasət
9 Noyabr , 2019 17:52
Mövlud Çavuşoğlu: Qondarma erməni soyqırımını qəbul edənlər Xocalı faciəsinə susur
Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qondarma "erməni soyqırımı"nı qəbul edənlərin Xocalı faciəsinə səssiz qalmasını qınayıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, o, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hadi Süleymanpurla birgə Antalyada keçirdiyi mətbuat konfransında ifadə edib. 

Nazir bildirib ki, qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunan qərarlar Türkiyənin Suriyada həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatını pozmaq üçün ortaya atılmış təzyiq vasitəsidir: "Əslində, həqiqi soyqırım ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib. Belə ki, 613 günahsız azərbaycanlı, o cümlədən 106 qadın, 83 uşaq vəhşicəsinə öldürülüb. Həqiqi soyqırımı axtaranlar PKK/YPG terror təşkilatlarının İraq və Suriyada törətdikləri insanlıq əleyhinə cinayətlərə baxmaları yaxşı olardı". 

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi