Moldovanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Moldovanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq Moldova prezidenti olmaq uğrunda 10 namizəd mübarizə aparacaq
Xarici siyasət
26 Oktyabr , 2016 16:47
Moldovanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ Moldovanın Azərbaycandakı səfirliyində oktyabrın 30-da adıçəkilən ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq.

"Report" xəbər verir ki, bununla əlaqədar MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının əməkdaşları Moldovanın Bakıdakı səfirliyində açılacaq seçki məntəqəsində müşahidə aparacaq.

Qeyd edək ki, Moldova prezidenti olmaq uğrunda 10 namizəd mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi