Bakı. 27 may. REPORT.AZ/ Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:
"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm. Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı bildirirəm".