​Mingəçevir və Afula qardaşlaşmış şəhərlər oldu

​Mingəçevir və Afula qardaşlaşmış şəhərlər oldu İmzalanma mərasimi Mingəçevirdə keçirilib
Xarici siyasət
9 İyul , 2015 12:46
​Mingəçevir və Afula qardaşlaşmış şəhərlər oldu

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycanın Mingəçevir və İsrailin Afula şəhərləri qardaşlaşmış şəhərlər oldu.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, müvafiq sazişin imzalanma mərasimi Mingəçevirdə baş tutub.

Razılaşma sənədi Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Afula meri İshak Meron tərəfindən imzalanıb.

Afula Mingəçevirlə qardaşlaşan artıq dördüncü şəhər oldu.

Son xəbərlər

Orphus sistemi