Milli Məclisin əməkdaşları Gürcüstan parlamentinin fəaliyyəti ilə tanış olublar

Milli Məclisin əməkdaşları Gürcüstan parlamentinin fəaliyyəti ilə tanış olublar Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin parlament aparatlarının nümayəndələri Gürcüstanda ilk işgüzar səfərdə olublar.
Xarici siyasət
9 Noyabr , 2019 11:34
Milli Məclisin əməkdaşları Gürcüstan parlamentinin fəaliyyəti ilə tanış olublar

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin parlament aparatlarının nümayəndələri Gürcüstanda ilk işgüzar səfərdə olublar.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

İkigünlük səfər “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin parlament aparatları rəhbərlərinin imzaladığı Tbilisi memorandumu çərçivəsində təşkil edilib.

Səfər çərçivəsində Azərbaycan, Ukrayna, Moldova, Ermənistan və Belarusun qanunverici orqanlarının aparat əməkdaşları Gürcüstan parlamentində olublar. Nümayəndələr qonşu ölkənin parlamentində həyata keçirilən islahatlar barədə məlumatlandırılıblar.

Parlamentlərin aparat əməkdaşları səfər zamanı Gürcüstan parlamentinin deputatları, müxtəlif struktur bölmələrin rəhbərləri ilə görüşüblər. Onlar son illərdə Gürcüstan parlamentində tətbiq olunan yeniliklərlə tanış olublar.

Gürcüstan parlamentinin aparat rəhbəri Givi Mikanadze işgüzar səfərin iştirakçıları ilə görüş keçirib. Onun sözlərinə görə, tanışlıq səfərləri altı ölkənin parlament əməkdaşlarına birbaşa əlaqələr qurmağa kömək edir ki, bu da təcrübə mübadiləsi üçün effektiv alətdir. G.Mikanadze qeyd edib ki, bu cür səfərlər gələcək regional əməkdaşlığın gücləndirilməsinə töhfə verir.

Milli Məclisi işgüzar səfərdə İqtisadi qanunvericilik şöbəsinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə qanunvericilik sektorunun müdiri Vasif Əmiraslanov və Beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi Tural Şirin təmsil ediblər.

Son xəbərlər

Orphus sistemi