​Məmnun Hüseyn: "Azərbaycan Pakistanın ən yaxın dostudur"

​Məmnun Hüseyn: "Azərbaycan Pakistanın ən yaxın dostudur" Pakistan dövlət başçısı ölkəsinin ən yaxın dostları sırasında Çin, Türkiyə və Səudiyyə Ərəbistanının da adını çəkib
Xarici siyasət
29 May , 2015 16:00
​Məmnun Hüseyn: Azərbaycan Pakistanın ən yaxın dostudur

Bakı. 29 may. REPORT.AZ/ Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycanın Pakistanın ən yaxın dostlarından biri olduğunu söyləyib.

"Report" Azərbaycanın Pakistandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Prezident Məmnun Hüseyn Pakistanın müstəqilliyi uğrunda mübarizə aparmış veteranlarla prezident sarayında görüşü zamanı bildirib.

Azərbaycandan başqa, Pakistan dövlət başçısı ölkəsinin ən yaxın dostları sırasında Çin, Türkiyə və Səudiyyə Ərəbistanının da adını çəkib. 

Son xəbərlər

Orphus sistemi