MDB PA-nın Azərbaycanda Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb

MDB PA-nın Azərbaycanda Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb Monitorinqlər seçkilərin elan edilməsindən rəsmi nəticələrin dərc olunmasınadək müddəti əhatə edəcək
Xarici siyasət
13 Fevral , 2018 12:20
MDB PA-nın Azərbaycanda Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının Azərbaycanda növbədənkənar Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb.

Bu barədə "Report"a MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, MDB PA DİMBİ-i monitorinqi aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar olaraq təsdiq olunan İş Planına əsasən aparır.

Müxtəlif istiqamətlərdə həyata keçiriləcək uzunmüddətli monitorinqlər seçkilərin elan edilməsindən rəsmi nəticələrin dərc olunmasınadək olan müddəti əhatə edəcək. MDB PA DİMBİ-nin Bakı filialı nəzdində yaradılan Qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları formalaşdırılacaq və həmin filialların ekspertləri bu bölgələrdə monitorinqlər aparacaqlar.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi