​MDB PA Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi qrupu göndərəcək

​MDB PA Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi qrupu göndərəcək Milli Məclisin sədri MDB PA Şurasının sədrinə dəvət göndərib
Xarici siyasət
11 Sentyabr , 2015 15:05
​MDB PA Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi qrupu göndərəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ MDB Parlamentlərarası Assambleyası (MDB PA) Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. MDB PA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenkoya məktub göndərərək qurumu parlament seçkilərini müşahidə etməyə dəvət edib. 

Qərara alınıb ki, Parlamentlərarası Assambleya MDB PA-ya üzv ölkələrdən olan parlamentarilərdən ibarət müşahidəçi qrupu yaratsın və həmin qrupu Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməyə göndərsin. Seçkiləri müşahidə etmək üçün həmçinin MDB PA-nın iştirakçı dövlətlərində Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) ekspertləri də Azərbaycana səfər edəcək.

Bu müşahidəçilər qrupunun paytaxt Bakıda və regionlarda seçki prosesinin monitorinqini keçirəcəyi gözlənilir.

MDB PA nümayəndələri ənənəvi olaraq 1995-ci ildən Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edirlər.

Xatırladaq ki, Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi