​MDB ekspertləri təhlükəsizlik üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

​MDB ekspertləri təhlükəsizlik üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər İclas 4-5 fevral tarixlərində Minskdə MDB-nin İcraiyyə Komitəsində keçiriləcək
Xarici siyasət
1 Fevral , 2015 10:04
​MDB ekspertləri təhlükəsizlik üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Bakı. 1 fevral. REPORT.AZ/ 4-5 fevral 2015-ci il tarixində Minskdə MDB-nin İcraiyyə Komitəsində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənəd layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Ekspertlər, xüsusilə MDB ölkələrinin silahlı qüvvələrinin maraqlarına xidmət edən coğrafi məkan baxımından informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsini nəzərdən keçirəcəklər.

Sənəd Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi-topoqrafiya idarəsi tərəfindən hazırlanıb.

Sənədin qəbulu MDB dövlətləri silahlı qüvvələrinin həm hazırlıq zamanı, həm də birgə tədbirlərin keçirilməsi və qoşunların gündəlik fəaliyyəti zamanı topogeodeziya və naviqasiya təminatı üzrə yaranan çətinliklərin həllinə imkan verəcək.

Saziş layihəsi MDB silahlı qüvvələri qərargahlarının Rəisləri Komitəsinin iclasında öz təsdiqini tapıb.

Son xəbərlər

Orphus sistemi