MDB dövlət başçılarının sammitinin tarixi açıqlanıb

MDB dövlət başçılarının sammitinin tarixi açıqlanıb Minskdə MDB-yə üzv ölkələrin Dövlət Başçıları və Xarici İşlər Nazirləri şuralarının oktyabrın 10-11-də Soçidə keçiriləcək gündəliyi müzakirə edilir
Xarici siyasət
30 May , 2017 15:06
MDB dövlət başçılarının sammitinin tarixi açıqlanıb

Bakı. 30 may. REPORT.AZ/ MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti sammiti oktyabrın 11-də Soçidə keçiriləcək.

“Report” xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev Minskdə bildirib.

Məlumata görə, bu gün Minskdə MDB-nin daimi nümayəndəliyinin iclası başlayıb. Toplantıda MDB-yə üzv ölkələrin Dövlət Başçıları və Xarici İşlər Nazirləri şuralarının oktyabrın 10-11-də Soçidə keçiriləcək gündəliyi müzakirə edilir.

“MDB ölkələri prezident administrasiyalarının istəyini nəzərə alaraq, Dövlət Başçıları Şurasında ən vacib məsələlər müzakirə ediləcək”, - S.Lebedev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi