MDB dövlət başçılarının 25-ci sammiti sentyabrın 16-da Bişkəkdə keçiriləcək

MDB dövlət başçılarının 25-ci sammiti sentyabrın 16-da Bişkəkdə keçiriləcək İyunun 7-8-də Bişkəkdə MDB üzv dövlətlərinin hökumət başçılarının iclası baş tutacaq
Xarici siyasət
8 Aprel , 2016 13:54
MDB dövlət başçılarının 25-ci sammiti sentyabrın 16-da Bişkəkdə keçiriləcək

Bakı. 8 aprel. REPORT.AZ/  MDB dövlət başçılarının yubiley 25-ci sammiti sentyabrın 16-da Bişkəkdə keçiriləcək, sentyabrın 15-də MDB ölkələrinin XİN rəhbərləri Bişkəkdə toplaşacaq.

"Report" xəbər verir ki, bunu MDB-də sədrlik edək Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev bildirib.

O qeyd edib ki, iyunun 7-8-də Bişkəkdə MDB üzv dövlətlərinin hökumət başçılarının iclası baş tutacaq.

Onun sözlərinə görə, Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasında MDB üzv dövlətlərinin səhiyyə, mədəniyyət sahələrindəki qurumları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi