Mariya Zaxarova: "Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək"

Mariya Zaxarova: "Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək" Rusiya XİN Rusiya-Azərbaycan münasibətlərinin bu il üçün inkişaf perspektivlərini şərh edib
Xarici siyasət
12 Yanvar , 2017 18:00
Mariya Zaxarova: Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ "Rusiya və Azərbaycan arasında keçmişdə müəyyən edilmiş və gələcəkdə həyata keçirilməli olan bir sıra məsələlər var".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə 2017-ci ildə Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini şərh edərkən deyib.

"Bu münsasibətləri inkişaf etdirmişik və inkişaf etdiririk. Ən əsası, Rusiya siyasətinin inkişaf və reallaşdırma istiqamətləri üzrə bütün müvafiq sənədlər Azərbaycanla ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyini göstərir" - M.Zaxarova bildirib.

Son xəbərlər

Orphus sistemi