Malena Mard: "Azərbaycan multikulturalizmin təcrübəsinin öyrənilməsi Avropa üçün vacibdir"

Malena Mard: "Azərbaycan multikulturalizmin təcrübəsinin öyrənilməsi Avropa üçün vacibdir" "Azərbaycanda hər zaman müxtəlif etnik və dini qruplar arasında anlaşma və sülh mövcud olub"
Xarici siyasət
15 Dekabr , 2016 10:32
Malena Mard: Azərbaycan multikulturalizmin təcrübəsinin öyrənilməsi Avropa üçün vacibdir

Bakı. 15 dekabr. REPORT.AZ/ "Azərbaycanda hər zaman müxtəlif etnik və dini qruplar arasında anlaşma və sülh mövcud olub".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən "Dinlərarası tolerantlıq və medianın rolu" mövzusunda konfransda deyib.

"Dini nifrət radikalizmin yaranmasının səbəbidir", - M.Mard bildirib.

Azərbaycanda həmişə müxtəlif etnik və dini qruplar arasında anlaşma və sülh olmasını önə çəkən səfir Avropanın bu təcrübəni öyrənməkdə maraqlı olduğunu qeyd edib: "Bu mənada Azərbaycanın təcrübəsinin öyrənilməsi Avropa üçün çox vacibdir. Avropada müxtəlif etnik və dini qrupların varlığı ilə zəngin dini və milli palitranın olmasından fəxr edirik".

O, Avropada bu cür palitra üçün mübarizə aparılmalı olduğunu bildirib və fikrini bunun Avropanın gücü və əsas dəyəri olmasıyla əsaslandırıb.

"Bu dəyərləri saxlaya bilməsək, bu, irqçiliyə, antisemitizmə və dözümsüzlüyə yol açacaq", - M.Mard qeyd edib.

Son xəbərlər

Orphus sistemi