Malena Mard: "Avropa Komissarı Yohannes Hanın Azərbaycana səfəri vacib əhəmiyyət kəsb edəcək"

Malena Mard: "Avropa Komissarı Yohannes Hanın Azərbaycana səfəri vacib əhəmiyyət kəsb edəcək" "Yohannes Han Azərbaycan rəsmiləri ilə şəxsən görüşmək və bir sıra məsələləri müzakirə etməkdə maraqlıdır"
Xarici siyasət
12 Fevral , 2015 10:18
Malena Mard: Avropa Komissarı Yohannes Hanın Azərbaycana səfəri vacib əhəmiyyət kəsb edəcək

Bakı. 12 fevral. REPORT.AZ/ "Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Azәrbaycana sәfәr etmәkdә çox maraqlıdır. O, Bakıda öz həmkarları ilə görüşmək və bir sıra məsələləri müzakirə etmək niyyətindədir". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard bildirib. 

Onun sözlərinə görə, səfər aprel ayında "Şərq Tərəfdaşlığı" sammitindən əvvəl baş tutacaq. Sammit mayın 21-22-də Riqada keçiriləcək: "Bu vacib sәfәr olacaq. Avrokomissar Azərbaycana səfər etməkdə çox maraqlıdır".

Azərbaycan və Aİ arasında qarşılıqlı münasibətlərin vəziyyəti haqqında danışan M.Mard qeyd edib ki, Y.Hanın səfəri münasibətlərin möhkəmlənməsinə kömək edəcək. 

"Biz ikitәrәfli münasibәtlәtimizi daha da dərinləşdirmək yollarını nәzәrdәn keçiririk. Düşünürəm ki, bu baxımdan cәnab Hanın Azərbaycana sәfәri çox önəmlidir", - M.Mard bildirib. 

Son xəbərlər

Orphus sistemi