Macarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Macarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb Elmar Məmmədyarov səfir İmre Laslotskiyə gələcək fəaliyyətində uğurlar arzu edib
Xarici siyasət
21 İyul , 2017 15:47
Macarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. 21 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfir İmre Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir İmre Laslotskiyə gələcək fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi