Los-Anceles meri erməni vandallarının azərbaycanlılara qarşı hücumlarını pisləyib

Los-Anceles meri erməni vandallarının azərbaycanlılara qarşı hücumlarını pisləyib Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisə
Xarici siyasət
30 İyul , 2020 09:53
Los-Anceles meri erməni vandallarının azərbaycanlılara qarşı hücumlarını pisləyib
0 : 00
0 : 00

Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los-Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki Baş Konsuluğundan məlumat verilib. 

Sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los-Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los-Ancelesdə yaşayan Azərbaycan icmasının  təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi