Latviya səfiri iyulda Azərbaycandan gedəcək

Latviya səfiri iyulda Azərbaycandan gedəcək Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ölkəmizdəki diplomatik missiyasını başa vurur.
Xarici siyasət
11 İyun , 2019 13:16
Latviya səfiri iyulda Azərbaycandan gedəcək

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ölkəmizdəki diplomatik missiyasını başa vurur.

Bu barədə "Report"a Latviyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirlikdən deyiblər ki, səfir Azərbaycanı iyulun 11-də tərk etməyi planlaşdırır.

Xatırladaq ki, daha əvvəl "Report" Latviyanın Azərbaycandakı səfirini dəyişəcəyini yazmışdı.

Son xəbərlər

Orphus sistemi