Latviya prezidenti: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm tərəfdaşdır" - MÜSAHİBƏ

Latviya prezidenti: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm tərəfdaşdır" - MÜSAHİBƏ "Latviya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında, sülh yolu ilə həllinin zəruriliyinə inanır"
Xarici siyasət
13 Mart , 2017 17:41
Latviya prezidenti: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm tərəfdaşdır - MÜSAHİBƏ
Courtesy İmage

Bakı. 13 mart. REPORT.AZ/ Latviya prezidenti Raymonds Veyonisin "Report" agentliyinə müsahibəsi

- V Qlobal Bakı Forumunda iştirak etmək niyyətindəsiniz. Bu tədbir barədə nə deyə bilərsiniz?

- Latviya və Azərbaycan yaxşı əlaqələr qurub. Səfərimin Latviya və Azərbaycan arasında siyasi dialoqun inkişafına töhfə verəcəyinə və iqtisadi əməkdaşlığımızı dərinləşdirəcəyinə inanıram. Bakı Forumu açıq fikir mübadiləsi üçün əla platformadır. Forum zamanı qlobal təhlükəsizlik problemlərini və Avropada, ondan kənarda sülh və qanunun aliliyinin təmin edilməsi üçün əsas beynəlxalq prinsipləri müzakirə etmək niyyətindəyəm.

- Bildiyimiz qədər bu, sizin Bakıya ilk səfəriniz deyil. Ölkə haqqında təəssüratlarınız necədir?

- Buna qədər bir neçə dəfə Bakıda olmuşam. Azərbaycan çox gözəl ölkədir və mən həmişə Azərbaycanın qonaqpərvərliyindən həzz almışam. Bakı qədim tarixə və zəngin mədəni irsə malik şəhərdir. Son illər ərzində Bakının heyranedici inkişafını müşahidə edə bilərik.

- Azərbaycan və Avropa İttifaqı bu yaxınlarda strateji tərəfdaşlıq üzrə yeni sazişin imzalanması üçün danışıqlara başlayıb. Avropa ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə Latviya necə töhfə verə bilər?

- Latviya Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqların başlanmasını alqışlayır. "Şərq Tərəfdaşlığı" ölkələrinin sammitinə qədər danışıqlarda mühüm irəliləyiş əldə olunacağına ümid edirik. Latviya bu müqavilənin bağlanmasını dəstəkləyir.

- Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və tranzit sahəsində mühüm tərəfdaşdır. Biz enerji resurslarının çatdırılmasında və onların marşrutlarında diversifikasiya etməyə, eləcə də enerji təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk. Bu hədəflər Avropa İttifaqının Enerji Birliyi üçün vacibdir.

- Latviyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

- Latviya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında, yalnız sülh yolu ilə həll edilməsinin zəruriliyinə inanır.

Son xəbərlər

Orphus sistemi