Kuba səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib

Kuba səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib Elmar Məmmədyarov Kuba inqilabının lideri Fidel Kastro Ruzun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib
Xarici siyasət
5 Dekabr , 2016 15:12
Kuba səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın yeni təyin olunmuş səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

E.Məmmədyarov Alfredo Fidel Nieves Portuondonun Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Alfredo Fidel Nieves Portuondo iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

E.Məmmədyarov Kuba inqilabının lideri Fidel Kastro Ruzun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.

Görüşdə Azərbaycan və Kuba arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyətç turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından söz açan Elmar Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə QH-nın XVIII zirvə toplantısına ev sahibliyi edəcəyini qeyd edərək QH-nın fəal üzvlərindən biri kimi Kuba ilə bu sahədə təcrübə mübadiləsinin faydalı olacağına diqqət çəkib.

Səfir BMT çərçivəsində Kubanın mövqeyini davamlı şəkildə dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.

E.Məmmədyarov Kubanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin təqdir edildiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi