Koreyada Heydər Əliyevin vəfatının 14-cü ildönümünün anım mərasimi keçirilib

Koreyada Heydər Əliyevin vəfatının 14-cü ildönümünün anım mərasimi keçirilib Mərasim iştirakçılarına onun həyat yoluna, “Azərbaycançılıq” ideyasına həsr olunmuş qısa film nümayiş etdirilib
Xarici siyasət
12 Dekabr , 2017 08:54
Koreyada Heydər Əliyevin vəfatının 14-cü ildönümünün anım mərasimi keçirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Dekabrın 12-də Azərbaycanın Koreyadakı səfirliyində Koreyada müvəqqəti və daimi yaşayan azərbaycanlıların iştirakı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünün anım mərasimi keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, ilk öncə mərasim iştirakçıları Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra onun həyat yoluna, “Azərbaycançılıq” ideyasına həsr olunmuş qısa film mərasim iştirakçılarına nümayiş etdirilib.

Daha sonra mərasimdə çıxış edən səfir Rəmzi Teymurov Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində önəmli yeri barədə məlumat verib. O, müasir Azərbaycan dövlətinin banisi H.Əliyevin çox çətin bir dövrdə ölkəyə rəhbərlik etdiyini vurğulayaraq, yenicə əldə etdiyimiz müstəqilliyi itirmək təhlükəsilə üzləşdiyimiz dövrdə, xalqın çağırışına biganə qala bilməyən Heydər Əliyevin Naxçıvandan Bakıya gəldiyini və qısa zamanda ölkədə tüğyan edən hərc-mərcliyə, özbaşınalığa, hakimiyyətsizliyə son qoyduğunu, Azərbaycanı bütün sahələrdə inkişaf etdirməklə ölkəmizi bütün dünyaya tanıtdırmağa nail olduğunu bildirib. O, Azərbaycanın uğurlu xarici və daxili siyasətinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu və onun qoyduğu mirasın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Eyni zamanda, tədbirdə iştirak edən Koreyanın Busan Dövlət Universitetinin biologiya elmləri üzrə professoru İsmayıl Zülfüqarov ümummilli lider Heydər Əliyevin uğurlu həyat yolundan, onun Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə, iqtisadiyyatına verdiyi töhfələrdən danışıb.

Tədbirin yekununda mərasim iştirakçılarına söz verilib, onların Heydər Əliyev barədə fikirləri, ürək sözləri dinlənilib.

Son xəbərlər

Orphus sistemi