Koreyada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Koreyada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib Tədbirdə faciəyə dair film nümayiş etdirilib və foto sərgi təşkil olunub
Xarici siyasət
19 Yanvar , 2017 08:24
Koreyada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Koreyanın yerli media nümayəndələri, elm adamları və Koreyada təhsil alan azərbaycanlı tələbələrimizin iştirakı ilə Səfirlikdə anım mərasimi keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən səfir R.Teymurov XX əsrdə Azərbaycanın azadlıq mübarizəsinin tarixi haqda ətraflı məlumat verib, 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrindən biri olduğunu bildirib.

Tədbirin sonunda 20 yanvar faciəsinə dair film nümayiş etdirilib və foto sərgi təşkil olunub.

Səfirlik tərəfindən 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Koreya KİV-də bir sıra məqalələr dərc etdirilib. Belə ki, 16-17 yanvar tarixlərində koreya və ingilis dillərində nəşr edilən “Korea Post” qəzetində “20 Yanvar: Azərbaycan müstəqillik mübarizəsinin ildönümü”, “Azərbaycan 20 Yanvar faciəsinin 27-ci ildönümünü qeyd edir” və “20 yanvar hadisəsinin səbəbləri və nəticələri” adlı məqalələr dərc olunub.

Son xəbərlər

Orphus sistemi