Kolumbiya Senatı erməni təxribatını pislədi

Kolumbiya Senatı erməni təxribatını pislədi Kolumbiya Senatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib.
Xarici siyasət
16 İyul , 2020 04:04
Kolumbiya Senatı erməni təxribatını pislədi
0 : 00
0 : 00

Kolumbiya Senatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, Senatın Xarici Əlaqələr Komissiyası bəyanatında Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumları pisləyir, həmçinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr (822, 853, 874, 884), Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsinə çağırır.

Sənəddə Kolumbiya tərəfinin Azərbaycana dost ölkə olduğu bildirilir və hücumlar nəticəsində həlak olmuş Azərbaycan vətəndaşları ilə bağlı Azərbaycan Respublikası Hökuməti və xalqına dərin hüznlə başsağlığı verilir.      

Son xəbərlər

Orphus sistemi