Kiyevdə GUAM çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub

Kiyevdə GUAM çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Koordinatorlar Şurasının 50-ci iclası keçirilib.
Xarici siyasət
13 Sentyabr , 2019 17:27
Kiyevdə GUAM çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub

Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Koordinatorlar Şurasının 50-ci iclası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstanı toplantıda xarici işlər nazirinin birinci müavini Vaxtanq Maxaroblişvili təmsil edib.

Tərəflər GUAM çərçivəsində siyasi, iqtisadi və sektor əməkdaşlığının dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Toplantıda həmçinin GUAM-ın regional təşkilat kimi gələcəkdə daha da möhkəmləndirilməsi məsələsi də nəzərdən keçirilib.

İclasda həmçinin BMT Baş Assambleyasının Nyu-Yorkdakı 74-cü sessiyası çərçivəsində keçirilməsi planlaşdırılan GUAM-a üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısının gündəliyi də müzakirə olunub.

Azərbaycan tərəfindən toplantıda Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edib.

Son xəbərlər

Orphus sistemi