İordaniya Ermənistana silah satmadığını açıqlayıb

İordaniya Ermənistana silah satmadığını açıqlayıb Azərbaycanın Əmmandakı səfiri Rasim Rzayev İordaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb
Xarici siyasət
29 İyul , 2020 11:24
İordaniya Ermənistana silah satmadığını açıqlayıb

İordaniya hökuməti bu ayın əvvəlində Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmalar zamanı krallığın Ermənistana silah göndərməsi barədə yayılan məlumatları təkzib edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Azərbaycanın Əmmandakı səfiri Rasim Rzayev ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Daha əvvəl isə İordaniyanın Azərbaycandakı səfiri Sami Abdulla Goşeh Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmışdı. Görüş zamanı Xarici İşlər nazirinin müavini Araz Əzimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə etmişdi.

Son xəbərlər

Orphus sistemi