İtaliya XİN başçısının Azərbaycana səfərinin proqramı açıqlanıb

İtaliya XİN başçısının Azərbaycana səfərinin proqramı açıqlanıb Paolo Gentiloninin yüksək səviyyəli görüşləri nəzərdə tutulur
Xarici siyasət
3 Noyabr , 2016 18:34
İtaliya XİN başçısının Azərbaycana səfərinin proqramı açıqlanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Gentiloninin Azərbaycanda səfərinin proqramı açıqlanıb. 

İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, P.Gentiloni noyabrın 7-8-də Bakıda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində nazirin yüksək səviyyəli görüşləri nəzərdə tutulur.

Görüşlərdə ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq.

Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini səfər zamanı italiyalı iş adamları müşayiət edəcək. Səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi