​İsveçrənin Azərbaycandakı səfiri diplomatik karyerasını Belarusda davam etdirəcək

​İsveçrənin Azərbaycandakı səfiri diplomatik karyerasını Belarusda davam etdirəcək İsveçrənin Azərbaycandakı yeni səfirinin yaxın günlərdə təyin olacağı gözlənilir
Xarici siyasət
11 Sentyabr , 2015 09:51
​İsveçrənin Azərbaycandakı səfiri diplomatik karyerasını Belarusda davam etdirəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ İsveçrənin Azərbaycandakı səfiri Pascal Abişer (Pascal Aebischer) diplomatik karyerasını Belarusda davam etdirəcək.

Bu barədə "Report"a səfir P.Abişerin özü bildirib. Onun sözlərinə görə, İsveçrənin Azərbaycandakı yeni səfirinin təyin olunması yaxın müddətdə gözlənilir.

Xatırladaq ki, sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıda diplomatik missiyasının başa çatması ilə əlaqədar səfir P.Abişeri qəbul edib.

P.Abişer İsveçrənin Azərbaycandakı səfiri vəzifəsində 2013-cü ilin iyulundan çalışıb.

Son xəbərlər

Orphus sistemi