İsveçrəli deputat: "Bu gün AŞPA daxilində böhran mövcuddur"

İsveçrəli deputat: "Bu gün AŞPA daxilində böhran mövcuddur" "Biz Azərbaycanı tənqid atəşinə tutmaq əvəzinə, vəziyyətin yaxşılaşdırılması naminə qərarlar qəbul etməliyik"
Xarici siyasət
23 Aprel , 2018 18:46
İsveçrəli deputat: Bu gün AŞPA daxilində böhran mövcuddur

Strasburq. 23 aprel. REPORT.AZ/ "Biz Azərbaycanı tənqid atəşinə tutmamalıyıq. Əksinə, biz vəziyyətin yaxşılaşdırılması naminə qərarlar qəbul etməliyik". 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bunu İsveçrədən olan deputat Alfred Heer Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, bu gün AŞPA daxilində böhran mövcuddur: "Bir tərəfdən, biz AŞPA-dakı çıxışların Avropa xalqının hüquqlarını müdafiə etməkdənsə, milli siyasətlərə həsr olunduqlarını müşahidə edirik. Digər tərəfdən isə, qurumda təmsil olunan bir sıra qrupların xeyli səlahiyyətə və beləliklə, qərarların qəbul olunmasında daha artıq təsir hüququna malik olduqlarını görürük. Halbuki bütün hüquqlar AŞPA üzvləri arasında bərabərlik prinsipi əsasında bölüşdürülməlidir".

Son xəbərlər

Orphus sistemi