İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının saytı fəaliyyətə başlayıb

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının saytı fəaliyyətə başlayıb Sayt qısa müddətdə İsraildəki rusdilli saytların arasında 26-cı yerdən 12-ci sıraya qalxıb
Xarici siyasət
5 Aprel , 2017 19:12
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının saytı fəaliyyətə başlayıb
courtesy image

Bakı. 5 aprel. REPORT.AZ/ İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) yeni internet saytı - aziznews.ru fəaliyyətə başlayıb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, sayt qısa müddətdə İsraildəki rusdilli saytların arasında 26-cı yerdən 12-ci sıraya qalxıb.

“Azİz”-in İdarə Heyətinin üzvü Yuriy Boçarovun baş redaktorluğu altında fəaliyyət göstərən saytda indiyə qədər yerləşdirilmiş 300-dən çox yazının 70-i Azərbaycan haqqında olub. Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, “Azİz”in Xocalı faciəsi, İsraillə Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyinə və digər tarixi hadisələrə həsr olunmuş tədbirləri haqqında informasiyalar geniş işıqlandırılıb.

Bundan başqa, yəhudi jurnalistlərin Azərbaycana səfərindən sonra ölkəmizin mədəniyyəti, tarixi, turizm imkanları, təbiəti, buradakı tolerantlıq mühiti haqqında hazırladığı və İsrailin populyar kütləvi informasiya vasitələrində işıq üzü görmüş materialları da saytda yerləşdirilir.

Ümumilikdə, isə saytda İsrail, Azərbaycan, Rusiya, ABŞ, Avropa və MDB ölkələri haqqında informasiyalar, Azərbaycandan İsrailə köçmüş yəhudi icmasının həyatına dair xəbərlər, Azərbaycan və İsrailin tanınmış şəxsiyyətləri haqqında məlumatlar və digər materiallar yerləşdirilir.

Son xəbərlər

Orphus sistemi