İslamabad meri Bakı ilə birbaşa əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib

İslamabad meri Bakı ilə birbaşa əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib Səfir Əli Əlizadə Pakistan paytaxtının meri ilə görüşüb
Xarici siyasət
31 İyul , 2016 21:51
İslamabad meri Bakı ilə birbaşa əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabad şəhərinin meri Şeyx Anser Aziz ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan xalqları arasında mövcud olan mədəni, dini bağlılıqlar, mənəvi dəyərlər haqqında söhbət açılıb, iki ölkə arasında qardaşlıq əlaqələrinin yaranmasında və möhkəmlənməsində ölkə rəhbərlərinin xüsusi rolunun olduğu bildirilib.

Səfir Əli Əlizadə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində, o cümlədən İslamabad şəhərində həyata keçirilən humanitar və sosial yönümlü layihələrin, həmçinin, iki ölkə arasındakı digər tədbirlərin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini bildirib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məlumat verən səfir Əli Əlizadə, işğal edilmiş qədim Azərbaycan torpaqlarında müsəlman aləminə aid dini-mədəni abidələrin, məscid və ziyarətgahların dağıdıldığını və təhqirə məruz qoyulduğunu bildirib, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.

İki ölkə arasında əlaqələrin daha da inkişafına, möhkəmlənməsinə xidmət edən müxtəlif mədəni, elmi, təhsil, turizm, humanitar və sosial yönümlü layihələrin İslamabad şəhərində davam etdirilməsi və həyata keçirilməsinə hazır olduqlarını bildirən İslamabad şəhərinin meri Şeyx Anser Aziz, qardaş Azərbaycanın Bakı və digər şəhərləri ilə İslamabad şəhəri arasında birbaşa əlaqələrin yaranmasında maraqlı olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi