İranın Naxçıvana yeni təyin olunan baş konsulu sənədlərini XİN-ə təqdim edib

İranın Naxçıvana yeni təyin olunan baş konsulu sənədlərini XİN-ə təqdim edib Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının Naxçıvana yeni təyin olunan baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.
Xarici siyasət
28 Avqust , 2019 17:11
İranın Naxçıvana yeni təyin olunan baş konsulu sənədlərini XİN-ə təqdim edib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının Naxçıvana yeni təyin olunan baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı Seyid Əhməd Hüseyni baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

P.Mirzəzadə baş konsul Seyid Əhməd Hüseyniyə gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Azərbaycan ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri müzakirə olunub. Görüşdə, həmçinin İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə iştirak edib. 

Son xəbərlər

Orphus sistemi