İranın ədliyyə naziri Azərbaycana səfər edəcək

İranın ədliyyə naziri Azərbaycana səfər edəcək Mustafa Pur-Məhəmmədi Bakıda məhbusların mübadiləsi məsələsini müzakirə edəcək
Xarici siyasət
9 Fevral , 2017 18:02
İranın ədliyyə naziri Azərbaycana səfər edəcək

Bakı. 9 fevral. REPORT.AZ/ İranın ədliyyə naziri Mustafa Pur-Məhəmmədi fevralın 16-17-də Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakıdakı danışıqlar zamanı nazir qurumlar arasındakı əməkdaşlığı, məhbusların mübadiləsi məsələsini və digər aktual məsələləri müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi