​İran səfirliyi Azərbaycan vətəndaşları üçün vizanın ləğvi ilə bağlı məlumata aydınlıq gətirib

​İran səfirliyi Azərbaycan vətəndaşları üçün vizanın ləğvi ilə bağlı məlumata aydınlıq gətirib "Ölkədə qalma müddəti 2 həftə ilə məhdudlaşır"
Xarici siyasət
29 İyul , 2015 10:57
​İran səfirliyi Azərbaycan vətəndaşları üçün vizanın ləğvi ilə bağlı məlumata aydınlıq gətirib

Bakı. 29 iyul. REPORT.AZ/ İranın Azərbaycandakı səfirliyi bu ölkənin Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğv etməsi barədə KİV-lərdə yer alan məlumatlara aydınlıq gətirib.

Səfirlikdən "Report"a bildirilib ki, bu məlumat doğru deyil və xatırlatma xarakteri daşıyır.

Səfirlikdən onu da bildiriblər ki, ölkəyə gələn qonaqların 15 gündən artıq burada qalması məsələsi gələcəkdə iki ölkə arasında müzakirə edilə bilər.

Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələri İranın Kayhan qəzetinə istinadən məlumat yayıb ki, turizm sektorunun inkişafı üçün Azərbaycan da daxil olmaqla, yeddi ölkənin vətəndaşları ilə bağlı viza rejimini ləğv edilib. Eyni zamanda, bu ölkə vətəndaşlarının İranda qalma müddəti 15 gündən 90 günədək artırılıb.

Hazırda mövcüd qaydalarına görə, Azərbaycan vətəndaşlarına İrana turist səfərləri etmək üçün viza lazım deyil. Ölkədə qalma müddəti 2 həftə ilə məhdudlaşır.

Son xəbərlər

Orphus sistemi